Hikmət Hacıyevn Azıx mağarası ilə bağlı paylaşım etdi - VİDEO

17 Mart 07:10 Hadisə 536
Hikmət Hacıyevn Azıx mağarası ilə bağlı paylaşım etdi - VİDEO

“Azıx mağarası Qafqazda və ümumilikdə, Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Hazırda burada həm beynəlxalq, həm də yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam edir. Bu araşdırmaların Neandertalların və Homo Sapienslər barədə, onların bölgədə birgə və ya paralel yaşayış ehtimalı haqqında mühüm məlumatlar ortaya qoyacağı gözlənilir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!