Rza razılaşmışdı, bu dəfə Muradla Xəyal da qol çəkdi - FOTOLAR

21:20 Hadisə 170
Rza razılaşmışdı, bu dəfə Muradla Xəyal da qol çəkdi - FOTOLAR

Azərbaycanlı futbolçular xarici şirkətlə müqavilə bağlayıb.

Bunlar “Neftçi”li Murad Məmmədovla “Sabah”ın üzvü Xəyal Əliyevdir.

Azərbaycan millisinin şərəfini qoruyan futbolçular bundan sonra “La Football Consulting” adlı agent şirkəti ilə anlaşıb.

Sözügedən şirkət qarşıdakı dönəmdə azərbaycanlı futbolçuların menecerliyini edəcək.

Bu, yaxın gələcəkdə Xəyalla Muradın xarici klublara keçidinə tramplin sayıla bilər.

Maraq üçün bildirək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Rza Cəfərov da ötən ilin payızında “La Football Consulting”lə müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti