Leverkuzen “Bayer”inin və “Real”ın sabiq baş məşqçisi Xabi Alonsonun agenti İnyaki İbanes “Liverpul”la bağlı xəbərlərə cavab verib.
Sportinfo.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, agent, İngiltərənin top-klubu ilə razılaşma barədə xəbərləri təkzib edib:
“Liverpul”la müqavilə barədə xəbərlər sadəcə şayiədir. Alonso hazırda karyerasını növbəti mövsümdə davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir”.
“Qırmızılar”ın baş məşqçisi postunu hazırda niderlandlı mütəxəssis Arne Slot tutur.

