"Zirə"dən ayrılan əcnəbi "Keşlə" ilə razılaşdı

23 İyun 2021 09:40 Şamaxı 1 033
"Zirə"dən ayrılan əcnəbi "Keşlə" ilə razılaşdı

"Keşlə" daha bir legioneri heyətinə qatmağa yaxındır.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, "Zirə"dən ayrılan Fakundo Melivilo bundan sonra "Keşlə"də çıxış edə bilər.

Artıq baş məşqçi Sənan Qurbanovla hücumlçu arasında danışıq olub.

Argentinalı yaxın günlərdə "Keşlə"nin məşqlərinə qoşulacaq. Son anda hər hansı bir problem çıxmazsa, onunla yeni müqavilə imzalanacaq.

29 yaşlı forvard bu ilin mart ayında "Zirə"yə transfer edilib. O, burada meydana çıxdığı 5 görüşdə 2 dəfə fərqlənməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti