Mən bir də bu kluba pul ayırmayacam! - Son mesajını göndərdi

14:00 Səbail 1 342
Mən bir də bu kluba pul ayırmayacam! - Son mesajını göndərdi

«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) bundan sonra da «Səbail»i himayə etmək fikrində deyil.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin bu mövzuda mövqeyi qətidir.

O, Bayıl klubu ilə münasibətlərini yenidən bərpa etmək niyyətindən uzaqdır. Vəliyev onunla görüşməyə cəhd göstərən və müxtəlif şəxslər vasitəsilə xəbər göndərən «dənizçilər»in idarəçilərinə belə bir mesaj verib.

«Xəzər Dəniz Gəmiçiliyi» 2016-cı ilin yayından, «Səbail» yaranan vaxtdan klubun əsas dəstəkçisi olub. Ta ki bu ilin iyununa qədər.

«Səbail» Premyer Liqanı tərk edəndən sonra tərəflər arasında bağlantılar qopub, əməkdaşlıq müqaviləsi yenilənməyib.

Bayıllı rəsmilər ötən müddətdə Vəliyevlə görüşmək, beləcə, onun kluba bir qədər maliyyə ayırması üçün səfərbər olsa da, əlləri heç yerə çatmayıb.

R.Vəliyev çevrəsindəki şəxslərlə söhbətlərində dəfələrlə bildirib ki, onun illərboyu «Səbail»ə yönəltdiyi vəsait düzgün xərclənməyib.

SPORTİNFO.AZ

Xəbər Lenti