
UFC prezidenti Deyn Uayt Həbib Nurməhəmmədovla Konor Makreqor arasında revanş döyüşünün baş tutması üçün hansı şərtlərin tələb olunduğunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Uayt onların revanş döyüşünün tezliklə baş tutmayacağını bildirib.
O, bunun üçün tələb olunan şərti də açıqlayıb: “Məni Makreqor-Serrone döyüşü cəlb edir. Hər ikisi bir-birinə çağırış edib.
Kovboyun iştirakı ilə hansısa baxımsız döyüş izləyibsiniz? Sizə kömək edə bilərəm: belə döyüş yoxdu.
Həbib-Konor revanşı? “Heç vaxt” kəlməsini işlətmək istəmirəm. Ancaq bu döyüş yaxın zamanlarda olmayacaq.
Hesab edirəm ki, Həbib Feryusonla, Konor Serrone ilə döyüşməlidir. Onlara qalib gəlsələr, revanş döyüşünə çıxa bilərlər”.