DÇ: Abbasov boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO

22 Noyabr 2018 08:36 Sambo 597
DÇ: Abbasov boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında Azərbaycan idmançısı Bəxtiyar Abbasov (82 kq) həyati təhlükə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, döyüş sambosunda mübarizə aparan Abbasov 1/8 finalda erməni David Petrosyanı 11:3, 1/4 finalda belaruslu Yevgeni Aleksiyeviçi tuşe fəndi ilə yenib.

Vaxtilə sambo üzrə Dünya Kubokunu başı üzərinə qaldırmış Abbasov bu nəticə ilə A qrupunun qalibi olub. O, yarımfinalda B qrupunun qalibi olan ikiqat dünya çempionu, rusiyalı Dmitri Samoylovu iki dəfə yerli həkimlərə müraciət etməyə məcbur etsə də, sonda 3:7 hesabı ilə uduzub.

Nəticədə idmançımız bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılıb. O, bürünc medal uğrunda görüşdə koreyalı Taeqeun Kimlə görüşdə rəqibini fəndə salmaq istəsə də, özü fəndə düşüb. Koreyalı samboçu idmançımızı boğucu fəndlə məğlub edib.

Bundan sonra idmançımız bir neçə saniyə huşsuz vəziyyətdə döşəkdə qalıb. Dərhal millimizin baş məşqçisi Bəxtiyar Hacıyev və tibb işçiləri Bəxtiyar Abbasova ilk yardım göstəriblər.

Hətta hakimlərdən biri və rəqib idmançı da Abbasova kömək etməyə çalışıb. Xoşbəxtlikdən, tezliklə B.Abbasov özünə gəlib.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!