
"Futbolçu ilə danışıqlar kifayət qədər asan keçdi. Ayaz özü "Sabah"a keçmək istəyirdi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ln baş məşqçisi Murad Musayev Rusiyanın Sport.24 nəşrinə açıqlamasında deyib.
O, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin "Ximki"dən transferi ilə bağlı danışıb:
"Transfer hər iki tərəfin qarşılıqlı istəyi əsasında baş tutdu. Əsas məsələni "Ximki" rəhbərliyi ilə həll etmək lazım idi.
Xoşbəxtlikdən onun transferini tez zamanda həll etdik və artıq bizimlədir".