"Dəli kimi ora-bura qaçırdıq"

25 Fevral 2020 14:22 Sabah 685
"Dəli kimi ora-bura qaçırdıq"

"Çox gərgin oyun oldu. 15-ci dəqiqədəki qırmızı vərəqə planlarımızı alt-üst etdi. Əks halda, hər şey daha fərqli alınar, qələbə şanslarımız çox olardı".

Sportiнfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının XVIII turunda "Səbail" komandası ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, 75 dəqiqə 10 nəfərlə mübarizə apardıqları üçün çox əziyyət çəkiblər: "Bütün futbolçular olaraq, dəli kimi ora-bura qaçırdıq. Müdafiə olunurduq, hamı özünü topun qabağına atırdı. Bununla yanaşı, ilk yarıda və oyunun sonlarında qol epizodlarımız oldu. Biz 3 xal qazana, rəqib isə qol vura bilərdi. Birinci hissədə onların da yaxşı şansları yarandı".

Xəlilzadə komanda yoldaşı Yevgeni Koçukun 15-ci dəqiqədə qırmızı vərəqə almasına da münasibət bildirib: "Bu, futboldur. Koçuku da başa düşürəm. Amma bir az səbrli olsa idi, qırmızını almazdı. Yersiz vərəqə idi".

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu 29-cu dəqiqədə meydana girib, 87-ci dəqiqədə əvəzlənməsi barədə də danışıb: "Ayağımda ağrı var idi. Özümü yaxşı hiss etmirdim. Baş məşqçimiz Jelko Sopiçlə də məsləhətləşdik və oynamaq istəmədiyimi dedim. Komanda pis vəziyyətdə qalandan sonra içimdə bir şey oyandı ki, meydana çıxmaq lazımdır. Matça daxil oldum, lakin 87-ci dəqiqədə ağrılar imkan vermədi. Sopiçə müraciət etdim ki, məni əvəzləsin".

Digər Xəbərlər
Xəbər Lenti