
Premyer Liqada 5-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
"Sabah" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Mövsümə uğursuz start verən "Sabah" öz meydanında 3 cavabsız qolla "Turan Tovuz"a uduzub.
Bu qələbə ilə xallarını 9-a çatdıran "Turan Tovuz" ikinci pilləyə yüksəlib.