Azərbaycanlı milyarderin klubundan ayrıldı, Premyer Liqamıza gəldi - SON DƏQİQƏ

31 Avqust 2023 09:40 Sabah 8 983
Azərbaycanlı milyarderin klubundan ayrıldı, Premyer Liqamıza gəldi - SON DƏQİQƏ

"Sabah" növbəti transfer çalışmasını sona çatdırıb.

Premyer Liqada çempionluq uğrunda mübarizə aparmaq istəyən Masazır klubu

"Ximki"dən ayrılan Reziuan Mirzovla anlaşıb. Hazırda azad agent status daşıyan 30 yaşlı vinger Azərbaycana dəvət olunub.

“Tələbələr”in onunla anlaşma müddəti 2 ildir (1+1).

"Sabah" Mirzovdan öncə "Ximki"dən Ayaz Quliyevi transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Nalçik “Elbrus”unun yetirməsi 2012-2014-cü illəri yerli “Spartak”da keçirib.

Daha sonra Kostroma “Spartak”ı, “Zvezda” (Ryazan), “Torpedo” (Moskva), “Terek”, “Rostov”, “Tosna”, “Arsenal” (Tula) və Moskva “Spartak”ının formasını geyinib.

2020-ci ildən üzü bu yana “Ximki”nin sıralarında yer alıb.

Paytaxt təmsilçisi birinci dəstəyə yuvarlanandan sonra o da azərbaycanlı milyarder Tayfun Sadıqovun sahibi olduğu klubdan ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti