Götür-qoydan sonra müqaviləni uzatmadılar - Problemi olub

24 İyun 2024 08:20 Sabah 1 178
Götür-qoydan sonra müqaviləni uzatmadılar - Problemi olub

"Sabah" Kristian da Silvayla yolları ayırıb.

Braziliyalı futbolçunun müqaviləsi yenilənməyib.

Da Silva "Sabah"ın ən yaxşılarından olduğu üçün onun komandada saxlanılmaması təəccüb doğurub.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, ayrılığa səbəb braziliyalının yaşlı olması və zədə almaq riskidir.

Belə ki, 35 yaşlı futbolçunun dizində zədələr olub. Onun bu yaşda zədələnmə ehtimalı da kifayət qədər böyükdür.

Bütün nüansları götür-qoy edən "Sabah" onunla müqavilə müddətini yeniləməmək qərarına gəlib.

Baş məşqçi Krunoslav Renduliç onun mövqeyinə daha gənc futbolçunun alınmasına tərəfdar olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”