COP29

Konfrans Liqasında iştirak edəcək klub niyə susur?

12 İyun 23:00 Sabah 1 230
Konfrans Liqasında iştirak edəcək klub niyə susur?

Mövsüm başa çatandan sonra susqun görünən klublardan biri də “Sabah”dır.

Çempionatın başa çatmasından azı 15 gün vaxt keçib, “tələbələr” bu günə qədər transferlərlə bağlı məlumat yaymayıb.

Nə komandadan ayrılacaq futbolçuların kimliyi bəllidir, nə müqaviləsi uzadılanlar, nə də yeni gələnlər.

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək klubun səssiz görünməsi istər-istəməz narahatlıq və təhlükə yaradır.

“Sabah”ın mətbuat katibi Elnur Həmidov Sportinfo.az-a açıqlamasında bu yöndə işlərin getdiyini deyərək azarkeşləri səbrli olmağa çağırıb:

“Transfer çalışmaları yönündə işlərimiz davam edir. Dayanmamışıq, lazım olan işləri görürük. Bütün suallara aydınlıq gələn kimi ictimaiyyətə açıqlama veriləcək”.

Konfrans Liqasında birinci mərhələnin oyunları 11 və 18 iyul tarixlərində keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti