“Sabah” təklif edir - Gəl, futboldan həzz al, hədiyyələr qazan!

11 May 2024 19:20 Sabah 793
“Sabah” təklif edir - Gəl, futboldan həzz al, hədiyyələr qazan!

"Sabah" mayın 18-də mövsümün son ev matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, rəqib “Sumqayıt”dır.

Klubun sponsorları mövsümün ən həlledici anlarını azarkeşlər üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər.

Belə ki, “Sabah”ı stadiondan dəstəkləməklə, sponsorlar tərəfindən elektroskuter və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz.

“Sabah” – “Sumqayıt” oyununa gəl, futboldan həzz al, hədiyyələr qazan!

Oyun mayın 18-də, saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək.

Biletləri bu gündən etibarən “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”