COP29

Bəlkə elə baş məşqçi postunda o qalsın?

18 Fevral 09:50 Sabah 1 623
Bəlkə elə baş məşqçi postunda o qalsın?

Açığı, mən «Sabah»ın tezliklə xaricdən yeni baş məşqçi tapıb gətirəcəyinə inanmıram ta!

Gətirən gətirərdi indiyə kimi.

Gör, Murad Musayev nəvaxtdır istefa verib gedib.

«Yanğınsöndürən» İqor Ponomaryov artıq üçüncü dəfədir bu missiyaya üstlənib. Mövsümün sonunadək görəvdə qalsa, təəccüblənmərəm. Hələlik mənzərə bu qədər sadədir.

Murad Musayev hədsiz tələbkar idi, ağır adım idi. Üzü nadir hallarda gülərdi.

Qaş-qabağı həmişə yer süpürərdi. Dili də ki…

Aldığı qırmızı vərəqə sayında Azərbaycan çempionatlarının bütün rekordlarını vuran Murad Musayev elə ab-hava yaratmışdı ki, hansı futbolçunun cürəti nə idi səsini çıxarsın, qımıldansın.

İqor Ponomaryov onun tam əksidir. Futbolçunun qılığına girməyi, özünü ona istətməyi bacarır.

Cibində yüksək kateqoriyalı məşqçi bileti gəzdirməsə də, psixoloji təsir imkanlarını işə salmaqla, düşərgədəki atmosferi qaydasına saldığı anlaşılır. İshak Belfodil nümunəsini mütləq qeyd etməliyik.

Musayevin vaxtındakı Belfodillə Ponomaryovun vaxtındakı Belfodil tərəziyə gəlməz. Sabiq «İnter»li hücumçu hazırkı baş məşqçiyə əziz adamı qədər sevdiyini etiraf eləsə, mən buna da təəccüblənmərəm.

«Kəpəz» üzərində qələbə «Sabah»ı sabaha ümidləndirdi. Artıq liderlər qrupuna bir addım da yaxınlaşıblar.

Avrokuboklara vəsiqə? Normallaşan kollektivdaxili sfera fonunda niyə də yox?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"