
Azərbaycan Premyer Liqasında 5 tur arxada qalsa da, "Sabah"ın yarımmüdafiəçisi Kristian Sebalyos hələ də debüt etməyib.
İspaniyalı legioneri nəinki Premyer Liqada, heç avrokuboklarda da Masazır klubunun formasında gözə dəyməyib..
"Barselona"nın yetirməsi heç ilk "18-lik"də belə yer almır.
Maraqlıdır, böyük ümidlərlə ölkəmizə gətirilən əcnəbinin uzun müddət gözdən uzaq düşməsi nə ilə bağlıdır?
Sorğumuza cavab olaraq komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi: "Yay fasiləsində zədə almışdı. Hələ bərpa prosesini keçir. Ümid edirik ki, qısa müddətdə geri qayıdıb, komanda ilə məşqlərə qoşulacaq".
30 yaşlı orta sahə oyunçusu 2021-ci ildən təmsilçimizin şərəfin qoruyur.
O, "Sabah" formasında meydana çıxdığı 31 görüşdə 6 qol, 6 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ