
"Turan Tovuz"un növbəti transfer cəhdi uğurlu olmayıb.
Bölgə klubu "Sabah"ın yarımmüdafiəçisi Ceyhun Nuriyevi heyətinə qatmaq istəyib.
22 yaşlı futbolçunun "Sabah"la müqaviləsi yaya kimidir.
Masazır təmsilçisi yetirməsi ilə yeni anlaşma imzalayıb, ardınca onu Tovuza icarəyə verməyə razılaşıb.
Qərb təmsilçisi də bu təklifə isti yanaşıb.
Amma Nuriyev yeni müqavilə imzalamaqdan imtina edincə onun "Turan"a keçidi də alınmayıb.
Milli komandamıza da dəvət alan futbolçu 2020-ci ildən "Sabah"ın şərəfin qoruyur.
O, arxada qalan müddətdə 54 oyun keçirib və 4 qol, 5 asistlə yadda qalıb.
SPORTİNFO.AZ