
“Qalatasaray”ın sabiq hücumçusu Yesse Sekidikanın karyerasını Azərbaycanda davam etdirəcəyi məlumdur.
Nigeriyalı vinger “Sabah”la anlaşıb.
Bura azad agent statusu ilə gələn afrikalı Masazır təmsilçisiylə 2+1 illik müqavilə imzalayıb.
“Sabah”dan öncə Azərbaycanın başqa bir klubu onu sıralarına qatmağa cəhd göstərib. Səkkiz ildən sonra Premyer Liqaya qayıtmış “Araz-Naxçıvan” Sekidikaya dəvət göndərib.
Gəl ki, nigeriyalı Muxtar Respublika təmsilçisinin 200 min dollar dəyərində 1 illik müqavilə təklifini geri çevirib
O, 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmuşdu.
“Ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik müqavilədən imtina etmişdi.
2020-ci ildə Fatih Terimin istəyi ilə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib.
2016-2018-ci illəri «Napredak Kruševac»da keçirib. Karyerası əsasən Türkiyə ilə bağılıdır. 2018-ci ilin yayında «Eskişehirspor»la müqavilə imzalayıb.
Daha sonra «Qalatasaray»a transfer olunub. İstanbul nəhəngi ilə 2 illik anlaşan, bu müddətdə 12 oyuna çıxıb 1 qol vuran Sekidika bu müddətdə 3 kluba icarəyə verilib.
Sırasıyla «Konyaspor», « OH Leuven » və «Eyübspor»un düşərgəsində yer alıb. Sonuncular 2022-ci ildə onun transfer hüququna yiyələnib, bu ilin əvvəlində isə «Ümraniyespor»a icarəyə verib.
Nigeriyalı Coşqun Diniyevin yeni komandasında qalmaq istəmədiyindən, «Sabah»ın gələn təklifə müsbət yanaşıb.
SPORTİNFO.AZ