SON - Ərəblər aldatdıqları azərbaycanlı futbolçuya görə 1 milyon ödəyəcək - MƏHKƏMƏ

8 Sentyabr 2023 12:20 Sabah 2 315
SON - Ərəblər aldatdıqları azərbaycanlı futbolçuya görə 1 milyon ödəyəcək - MƏHKƏMƏ

İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələylə bağlı qərar verib.

CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə təmsilçimizin xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah” FK-ya ödəməli olması qeyd edilib.SON - Ərəblər aldatdıqları azərbaycanlı futbolçuya görə 1 milyon ödəyəcək - MƏHKƏMƏ

Əldə etdiymiz məlumata görə, Masazır təmsilçisinə ödənəcək pul heç də az olmayacaq.

Söhbət təqribən 1 milyon avroya yaxın məbləğdən gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti