"Sabah" və "Turan Tovuz" anlaşdı - Üz-üzə gələcəklər

6 Sentyabr 2023 19:20 Sabah 533
"Sabah" və "Turan Tovuz" anlaşdı - Üz-üzə gələcəklər

"Sabah" və "Turan Tovuz" Premyer Liqada yaranmış fasilə dönəmində yoxlama oyununda üz-üzə gələcəklər.

Masazır təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, qarşılaşma sentyabrın 9-da “Bank Respublika Arena”da gerçəkləşəcək.

Görüş saat 17:00-da start götürəcək.

"Turan Tovuz" beş turdan sonra 9 xalla ikinci, "Sabah" isə 4 xalla səkkizinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti