Ukraynanın məşhur klubu legionerini “Sabah”a icarəyə verdi - VİDEO

6 Sentyabr 2023 16:00 Sabah 970
Ukraynanın məşhur klubu legionerini “Sabah”a icarəyə verdi - VİDEO

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, yamaykalı vinger Kahim Parris “Dinamo”dan (Kiyev) icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir. Anlaşmaya əsasən, klub mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.

Kahim karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib.

2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinin də üzvü olan vinger yığmada 10 matç keçirib.

Parris “Sabah”da 28 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti