Premyer Liqa klubu keçmiş “Qalatasaray”lıya nə qədər ödəniş edəcək? - VIDEO

5 Sentyabr 2023 16:00 Sabah 1 565
Premyer Liqa klubu keçmiş “Qalatasaray”lıya nə qədər ödəniş edəcək? - VIDEO

"Sabah" heyətini yeni legionerlə gücləndirib. Klubun mətbuat xidməti Cesse Sekidikanın transferi xəbərini rəsmən açıqlayıb.

Masazır klubu nigeriyalı hücumçu ilə 2+1 illik müqavilə bağlayıb.

27 yaşlı afrikalı karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb.

“Sabah”da 70 nömrəli formanı seçən Cesse ən bahalı transfer sayıla bilməz. O, Azərbaycanda keçirəcəyi ilk mövsümdə 200 min dollardan xeyli aşağı məbləğ qazanacaq.

Yəni ki, bu transferin qiyməti ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər doğru deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti