Azərbaycan klubundan GÜNÜN İKİNCİ TRANSFERİ

5 Sentyabr 2023 14:40 Sabah 4 894
Azərbaycan klubundan GÜNÜN İKİNCİ TRANSFERİ

«Qalatasaray»ın sabiq hücumçusu Jesse Sekidika ilə anlaşan «Sabah» daha bir transfer çalışmasının sona çatdırıb.

Masazır klubu Kiyev “Dinamo”sundan Kahim Perrisi Azərbaycana gətirib.

Yamayka millisinin vingeri mövsümün sonunadək «tələbələr»in şərəfini qoruyacaq.

Premyer Liqanın gümüş mükafatçısı 23 yaşlı oyunçunu bu müddətə icarəyə götürüb. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Təbii ki, xidmətinə yenə maraq duyarsa, bu zaman Ukrayna təmsilçisinə müəyyən məbləğdə təzminat da ödəniləcək.

“Dinamo”ya 2022-ci ilin yayında Sloveniya “Koper”indən keçən Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub.

Sağ cinah vingerinin ukraynalılarla müqavilə müddəti 2026-cı ilə qədərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti