"Sabah"dan SÜRPRİZ TRANSFER - SON DƏQİQƏ

4 Sentyabr 2023 19:00 Sabah 3 865
"Sabah"dan SÜRPRİZ TRANSFER - SON DƏQİQƏ

Konfrans Liqası ilə üçüncü mərhələdə vidalaşan,

Premyer Liqanın son urlarında uğursuzluq tyaşayan «Sabah» təcili transfer edib.

Masazır klubu Luter Sinqlə anlaşıb. Cənubi Afrika Respublikasından olan vinger hazırda Bakıdadır.

«Tələbələr» 2017-ci ildən ölkəsinin əsas yığmasına çağırılan yarımmüdafiəçi ilə ən qısa zamanda müqavilə mzalayacaq.

«Stars of Afrika»nın yetirməsi 2015-2016-cı illəri İsveçdə (QAİS-də) keçirib. Növbəti 4 ildə isə Portuqaliyada «Braqa»ya məxsus olub.

Bu illər ərzində icarə əsasında «Çaves», «Moreynense» və «Pakuş Fereyra»nın formasını geyinib. 2021-ci ildə Danimarkadan təklif alıb, «Kopenhagen»lə kontrakt imzalayıb.

2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində «Qarabağ»ın rəqibi olmuş «Kopenhagen» onu «Çaves»ə icarəyə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti