
“Amin Seydiyev az qala rəqibin ayağını qıracaqdı”
Bu sözlər “Sabah”ın sabiq idman direktoru Emin Abbasova məxsusdur.
Hazırda ATV kanalında yayımlanan “Futbolumuz” verlişində daimi ekspert kimi çıxış edən eks funkionser Masazır klubunun müdafiəçisi Amin Seydiyevin “Zirə” ilə keçirilən Premyer Liqanın 4-cü tur matçında yol verdiyi hərəkəti sərt tənqid edib.
Tanınmış teleşərhçi 70-ci dəqiqədə birbaşa qırmızı vərəqə alan Seydiyevin rəqibin hücumçusu Vyaçeslav Kulaça qarşı çox pis davrandığını bildirib.
O, Aminin həmkarının “çörək ağacı” ilə oynadığını deyib, vaxtilə Elşən Abdullayevə ağır xəsarət yetirməsini xatırladıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: