
“Sabah”ın “Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevlə anlaşdığını xəbər vermişdik.
Təxminən 1 həftədir Bakıda olan həmyerlimiz Masazır təmsilçisi ilə 3 illik anlaşmaya imza atıb.
Bakı klubu bu keçid üçün heç də az xərcə düşməyib.
Belə ki, Ayazı sərbəst buraxmaq müqabilində onun məxsus olduğu "Ximki"yə 400 min dollar təzminat ödənilib.
Daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat məsələsində klublar razılığa gələ bilməmişdi.
26 yaşlı yarımmüdafiəçi son klubu "Ximki"yə kimi "Spartak", "Anji", "Rostov", "Arsenal" (Tula) klublarında da çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ