"Sabah"da olduğum üçün çox şadam, çünki gənc komanda olmasına baxmayaraq, kifayət qədər yaxşı nəticələrə imza atıb.
Ən əsası isə bu komandanın dominant, pressinq və topa nəzarət üzərində qurulmuş özünəməxsus oyun üslubu var.
Hansı ki, uşaqlıqdan bu cür oyun tərzini çox bəyənirəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın yeni transferi Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisində hər şeyin ona uyğun olduğunu bildirib:
"Lakin ən əsası, klubun mənim xidmətində maraqlı olmasıdır. Düşünürəm ki, bu ən mühüm olandır.
Komandanın oyunlarını izlədikdə sərgilənən futbolun sevdiyim tərzdə olduğunu gördüm. Buna görə, fikirləşirəm ki, hər şey yaxşı olacaq".
"Sabah" Quliyevlə 3 illik müqavilə imzalayıb. O, yeni klubunda 8 nömrəli formada çıxış edəcək.
“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.
Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.
Ayaz “Sabah”da 8 nömrəli formada çıxış edəcək.

