Ukraynalı yeni ulduzdan "Sabah"a MARAQLI CAVAB - FOTO

1 İyul 2023 17:00 Sabah 3 958
Ukraynalı yeni ulduzdan "Sabah"a MARAQLI CAVAB - FOTO

Ötən mövsüm Azərbaycan Premyer Liqasının kəşfi sayılan Aleksey Kaşukun dünən doğum günü idi.

"Sabah" da sabiq futbolçusunun özəl gününü unutmadı.

Təbrik edənlər arasında olan klub öz sosial şəbəkə hesablarından vingeri 23 yaşı münasibəti ilə post paylaşdı.

Hazırda Ukrayna U-21 millisinin heyətində Gürcüstan və Rumıniya keçirilən Avropa çempionatında iştirak edən istedadlı oyunçu Masazır təmsilçisinin təbrikinə Azərbaycan dilində "Çox sağ olun" - deyə cavab verməklə yadda qalıb.

Aleksey Kaşuk müqqavilə ilə Ukrayna nəhəngi "Şaxtyor"a məxsusdur.

O, ötən mövsümü "Sabah"da icarədə keçirmişdi. "Tələbələr"in formasında 36 oyunda 16 qol, 10 qol ötürməsi ilə yadda qalan yarımmüdafiəçi ilə hazırda bir neçə adlı-sanlı Avropa klubu maraqlanır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"