Premyer Liqa klubu “Sportinfo”nun TRANSFER XƏBƏRİni rəsmən bəyan etdi

29 İyun 2023 18:00 Sabah 1 568
Premyer Liqa klubu “Sportinfo”nun TRANSFER XƏBƏRİni rəsmən bəyan etdi

“Sabah” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı Sportinfo.az-ın saatlar öncə yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/174289.html).

Bildirilib ki, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb.

Onunla anlaşmanın müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. O, “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Niderlanddan - “TOP Oss”dan transfer edilən Jarl karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

“Sabah” buna qədər İspaniyadan - “Ponferradina”dan mərakeşli mərkəz müdafiəçisi Sofian Çaklanı transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti