“Qarabağ”a dirəniş göstərdilər, bəs avrokuboklarda nə edəcəklər?” - VİDEO

29 İyun 2023 11:40 Sabah 1 707
“Qarabağ”a dirəniş göstərdilər, bəs avrokuboklarda nə edəcəklər?” - VİDEO

“Azarkeşlərin avrokuboklarda çıxışını ən çox maraqla gözlədiyi komnad “Sabah”dır”.

Bu sözlər Masazır klubunun sabiq idman direktoru Emin Abbasova məxsusdur,

Üç il öncə buradan ayrılmış keçmiş idarəçi Murad Musayevin çalışdırdığı komandanın Konfrans Liqasında uğurlu debütünə inandığını bildrib.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişində daimi ekspert kimi çıxış edən E.Abbasov deyib:

“Sabah” Premyer Liqada göstərdiyi oyunla o qədər xoş təsir bağışladı, o qədər insanların zövqünü oxşadı, indi hamıya maraqlı gəlir ki, avrokuboklarda nə edəcəklər?

Bu komanda mövsümboyu “Qarabağ”a dirəniş göstərdi, baxışları öz üzərinə çəkdi. Bəli, avrokuboklar bir qədər fərqlidir.

Beə turnirlər ilk növbədə təcrübə tələb edir. Təcrübə və avrokuboklarda oynamaq mentaliteti varsa, rahatdır.

Sevindirici odur ki, Murad Musayev çox iddialı danışıb, heç kimdən çəkinmədiklərini söyləyib”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti