İspaniya klubundan Premyer Liqamıza - Bu transfer neçəyə başa gəlib?

28 İyun 2023 11:40 Sabah 2 931
İspaniya klubundan Premyer Liqamıza - Bu transfer neçəyə başa gəlib?

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” ilk əcnəbi transferini edib.

Mərakeşli müdafiəçi Sofian Çakla Premyer Liqanın gümüş mükafatçısı ilə anlaşıb.

29 yaşlı ərəb yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Çakla “Sabah”da 44 nömrəli formanı geyinəcək.

Sofian Çakla karyerası ərzində İspaniyada “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanda “Videoton” (2014-2015) və Belçikada “Leuven”də (2021-2022) çıxış edib.

O, Mərakeş millisində 4 oyun keçirib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, “Sabah” Sofian üçün “Ponferradina”ya 300 min avro təzminat ödəyib.

Mərakeşlinin özünün isə Azərbaycanda keçirəcəyi hər mövsümə görə yarım milyon avro qazanacağı yazılır.

Araşdırdıq və məlum oldu ki, yayılan informasiyaların heç biri həqiqəti əks etdirmir. “Sabah” İspaniya klubuna ödəmə edib, amma gerçək rəqəm deyiləndən xeyli aşağıdır.

Səbəbkarın özü isə ilk ilində 500 min avronun haradasa yarısı qədər əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti