Türkiyə klubu “Sabah”ın gözünü çəkə bilmədiyi futbolçu üçün hərəkətə keçdi

23 İyun 2023 09:20 Sabah 3 979
Türkiyə klubu “Sabah”ın gözünü çəkə bilmədiyi futbolçu üçün hərəkətə keçdi

"Şaxtyor" və Ukraynanın U-21 yığmasının üzvü Aleksey Kaşuk karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır.

Sportinfo.az “Fotospor”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində “Trabzonspor” maraqlıdır.

Qaradəniz təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Kaşuku sərəncamında görmək istəyir. Xorvatiyalı mütəxəssis başa çatan mövsümə qədər “Sabah”da oynamış futbolçunu canlı izləmək üçün dünən Rumıniyaya yollanıb.

O, Ukraynanın U-21 yığma komandaların Avropa çempionatı çərçivəsində ilk turda Xorvatiyaya qarşı keçirdiyi görüşü tribunadan izləyib.

"Trabzonspor"un Kaşuk üçün "Şaxtyor"la danışıqlara başladığı iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"