7 futbolçu "Sabah"dan uzaq düşdü - SİYAHI

22 İyun 2023 23:00 Sabah 1 799
7 futbolçu "Sabah"dan uzaq düşdü - SİYAHI

“Sabah” yeni mövsümün hazırlıqlarını iyunun 21-də start verib.

İlkin mərhələdə komanda Bakıda bir araya gəlib.

Amma heç də bütün futbolçular baş məşqçi Murad Musayevin sərəncamında deyil.

Belə ki, milli komandalara dəvət alanlar hələ də hazırlığa qoşulmayıb.

Rusiyalı mütəxəssis mövsüm bitən kimi millilərin düşərgəsinə gedən yetirmələrinə əlavə istirahət verib.

Onların sayı 7-didir.

Söhbət əsas milliyə dəvət olunan Yusif İmanov, Amin Seydiyev, Aleksey İsayev, Namik Ələsgərov, Elvin Camalov və gənclər yığmasında olan Rüstəm Samiqullin və Camal Cəfərovdan gedir.

Adıçəkilənlər 26 iyun düşərgədə olacaqlar.

Və 29-u hazırlığın növbəti mərhələsi üçün Qəbələyə yola düşəcəklər.

Masazır klubu iyulun 6-da isə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti