Azərbaycanda ulduzu parlayan oyunçu Avropa çempionatının tarixinə düşdü

21 İyun 2023 20:40 Sabah 3 108
Azərbaycanda ulduzu parlayan oyunçu Avropa çempionatının tarixinə düşdü

21 yaşlı futbolçular arasında Avropa çempionatı start götürüb.

Gürcüstan və Rumıniyada keçirilən yarışın açılış günündə Ukrayna və Xorvatiya milliləri üz-üzə gəlib.

İlk hissəsi oynanan görüşdə Ukrayna millisi qalib gəlib gəlir - 1:0.

Yeganə qolu hamımıza yaxşı tanış olan Aleksey Kaşuk vurub.

Başa çatan mövsümü "Sabah"da keçirən ukraynalının qolu həm də Avropa çempionatının ilk qolu kimi tarixə düşüb.

O, 19-cu dəqiqədə fərqlənib.

Müqavilə ilə ölkəsinin "Şaxtyor" (Donetsk) klubuna məxsus olan 23 yaşlı vinger ötən mövsüm "Sabah"ın heyətində 31 çempionat oyununda 16 qol və 10 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"