“Sabah”ın baş məşqçisi “Mançester Siti” və “Barselona”dan nə öyrənib?

17 İyun 2023 20:40 Sabah 787
“Sabah”ın baş məşqçisi “Mançester Siti” və “Barselona”dan nə öyrənib?

“Mançester Siti”, “Barselona” və digər böyük klublardan çox şey götürmüşəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru” saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis Azərbaycan klubunda tətbiq etdiyi oyun sxemi barədə də məlumat verib:

“İstənilən yüksək səviyyəli komandanın oyunu düşüncə üçün qida verir. Komandanıza nəyi inteqrasiya etməyin mümkünlüyünü anlamağa başlayırsınız.

Təbii ki, futbolçuların səviyyəsi fərqlidir. “Sabah”ı “Krasnodar”dakından fərqli sxem üzrə oynatmağa başladım.

Hücumun təşkili 3-2-5-ə bənzəyir, amma biz dörd müdafiəçi ilə oynayırıq. Bir növ hibrid sxemdir”.

“Sabah” 2022/2023 mövsümündə Murad Musayevin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında ikinci yeri tutaraq, tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti