"Sabah"da oynamaq çox özəl idi, hər zaman qəlbimdə olacaqsız"

2 İyun 2023 03:00 Sabah 526
"Sabah"da oynamaq çox özəl idi, hər zaman qəlbimdə olacaqsız"

Premyer Liqanı ikinci pillədə başa vuran "Sabah"da ilk ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Abdullaye Ba Masazır təmsilçisini tərk edib.

32 yaşlı legionerin müqaviləsinin müddəti uzadılmayıb. Seneqallı mərkəz müdafiəçisi bu barədə instaqram hesabında paylaşım edib.

"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi.

Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiz, azarkeşlər böyük dəstək verdi.

Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsız".

"Sabah" Abdullaye Banı ötən ilin iyulunda heyətinə qatmışdı. Afrikalı komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti