“Deportivo”lu bu sözləri dedi, Azərbaycan klubunu tərk etdi

31 May 2023 19:20 Sabah 1 847
“Deportivo”lu bu sözləri dedi, Azərbaycan klubunu tərk etdi

Abdullaye Ba "Sabah"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

Seneqallı müqaviləsinin başa çatdığını vurğulayıb. O, "Sabah"da oynamağın xüsusi an və unikal təcrübə olduğunu yazıb:

"Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız".

Abdullaye Ba 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışıb.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın “Portu” (2012 - 2014), “Sportinq” (Kovilya, 2010/2011), “Akademika” (2011/2012), “Gimaraynş” (2013/2014), “Moreyrense” (2020 - 2022), “Aroka” (2021/2022), İspaniyanın “Rayo Valyekano” (2014/2015, 2017 - 2019), “Deportivo” (2019/2020), Türkiyənin “Fənərbağça” (2015/2016), “Alanyaspor” (2016/2017), Almaniyanın “Münhen 1860” (2016/2017) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/2021) klublarında çıxış edib.

32 yaşlı oyunçu Seneqal millisinin heyətində 6 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti