UEFA rəsmiləri Azərbaycan klubu üçün Bakıya nə vaxt gələcək?

31 May 2023 19:40 Sabah 695
UEFA rəsmiləri Azərbaycan klubu üçün Bakıya nə vaxt gələcək?

Azərbaycan Premyer Liqasını gümüş medallarla başa vuran "Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış oldu.

Konfrans Liqasında çıxış edəcək təmsilçimizin rəqiblərini harada qəbul edəcəyi isə hələ də açıqlanmayıb.

Klub ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da Avropa rəqiblərini qəbul etmək istəyir.

Bunun üçün isə UEFA-nın razılığı mütləqdir. Rəhbərlik uzun müddətdir Masazırdakı stadionun çatışmazlıqların aradan qaldırmaq üzərində işləyir.

Görəsən, məsələ ilə bağlı son durum necədir?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov sorğumuza cavab olaraq bunları dedi:

"UEFA stadiona hələ baxış keçirməyib. İşlər hazırda da davama edir.

Yalnız işlər bitəndən sonra ali qurumun rəsmiləri stadiona baş çəkəcəklər".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti