"Sabah"ın gələcəyinə aid MÜHÜM PROQNOZ VERDİ

31 May 2023 03:00 Sabah 1 701
"Sabah"ın gələcəyinə aid MÜHÜM PROQNOZ VERDİ

"Məncə, mövsüm "Sabah" üçün əla keçdi.

Hər halda komanda ölkə çempionatında ikinci pilləni tutmağı bacardı.

Bunu da komanda üçün böyük uğur hesab etmək olar. Nəzərə alaq ki, "Sabah" gənc klubdur.

Şübhə etmirəm ki, bu komandanın gələcəkdə çempion olacağına şübhə etmirəm. Klub həqiqətən inkişaf edir".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Filip İvanoviç deyib.

"Sabah"ın sabiq, Serbiyanın "Radniçki" klubunun kapitanı təcrübəli müdafiəçi Masazır təmsilçisi barədə fikirlərini deyib.

31 yaşlı futbolçu avrokuboklarda mübarizə aparacaq "Sabah"ın uğurlu çıxış edəcəyinə inandığını bildirib:

"Sabah"a uğurlar arzu edirəm. İnanıram ki, komanda ən yaxşısını edə biləcək. Futbol elədir ki, öncədən nəsə demək olmur.

Lakin siz daha güclü rəqiblərə də qalib gələ bilərsiniz. Sadəcə, inanmaq lazımdı. Çox istəyərdim ki, “Sabah” avrokuboklarda uğur qazansın".

Digər Xəbərlər
Xəbər Lenti