“Bu, heç kimin ağlına gəlməzdi” – Ən az top buraxan komandanın tanınmış “dirəy”i

30 May 2023 20:40 Sabah 1 107
“Bu, heç kimin ağlına gəlməzdi” – Ən az top buraxan komandanın tanınmış “dirəy”i

“Əla mövsüm keçirdiyimizi düşünürəm.

Bu cür uzun və ağır mövsümdən sonra gümüş medala sahib olmaq xoşdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Abdulaye Ba deyib.

Seneqal millisinin sabiq müdafiəçisi gümüş medal qazanmağın sirri haqda danışarkən konkret detallara toxunub:

“Premyer Liqanın ən az top buraxan komandası olduq. Güclü rəqiblərin olduğu çempionatda bunu bacardıqsa, deməli, çəkdiyimiz zəhmət nəticəsiz qalmayıb.

Vurulan topların sayında da yalnız “Qarabağ”dan geri qaldıq.

Bir neçə il əvvəl “Sabah”ın ikinci olacağı heç kimin ağlına gəlməzdi. Bəlkə ötən ilin yayında da bu, insanlar üçün inandırıcı görünmürdü.

Lakin biz buna kollektiv əziyyətin, nizam-intizamın və təbii ki, komandadakı sistemin sayəsində nail olduq".

Mövsümün ilk yarısında çempionatın ən yaxşı mərkəz müdafiəçilərindən hesab olunan Abdulaye Ba cari çempionatda meydana çıxdığı 22 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti