
Millinin müdafiəçisi Bəxtiyar Həsənalızadə gələn mövsümü “Sabah”da keçirməyəcək.
Masazır klubu 2021-ci ilin yanvarından onun formasını geyinən arxa xətt oyunçusu ilə vidalaşmaq üzrədir.
Murad Musayev yığmanın 30 yaşlı üzvünün adını sərəncamında görmək istəmədiyi futbolçuların siyahısına yazıb.
Rusiyalı baş məşqçi onun mövqeyinə legioner gətirmək niyyətindədir.
SPORTİNFO.AZ