"Sabah"da məqsədinə çatdı, sosial şəbəkə hesabında maraqlı paylaşım etdi

30 May 00:40 Sabah 499
"Sabah"da məqsədinə çatdı, sosial şəbəkə hesabında maraqlı paylaşım etdi

"Sabah" Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünü ikinci pillədə tamamlayaraq gümüş medalları qazanıb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin qapıçısı Yusif İmanov sosial şəbəkə hesabında paylaşım edib.

20 yaşlı qolkiper növbəti mövsümdə daha yaxşısını etməyə çalışacaqlarını bildirib:

"Bizim üçün uğurlu sayıla biləcək bir sezonu geridə qoyduq. Mövsüm boyunca bizi dəstəkləyən bütün insanlara təşəkkür edirəm.

Gələcək sezon avrokuboklarda və çempionatda daha yaxşısını etməyə çalışacağıq".

Yusif İmanov cari mövsümdə Premyer Liqada meydana çıxdığı 33 matçda qapısında 23 qol görüb. Gənc qapıçı 19 oyunda "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu