Murad Musayev "Sabah"da bunu da edir!

24 May 2023 11:00 Sabah 1 447
Murad Musayev "Sabah"da bunu da edir!

«Sabah» bu yay avro-arenada siftə edəcək.

Bir neçə həftə öncə dörd vəsiqədən birinə sahibləniblər.

Murad Musayev Konfrans Liqasının tədarükünə gecikmədən başlayıb. Rusiyalı vaxt itkisinə yol vermək istəmir. Bunu asanca sezmək mümkündür.

Bir detal. «Sabah» avrokuboklara qatılmaq hüququna 3-4 tur qabaq yiyələnsə də, Musayev Premyer Liqanın axır həftələrinə çempionatın ilk həftələrindəki kimi yanaşır.

Motivasiya həmin motivasiyadır, aqressiya həmin aqressiyadır.

Baş məşqçinin təhər-töhüründə, futbolçularına, hakimlərə münasibətində heç bir dəyişiklik yoxdur. O adamdır ki durub yerində.

Adətən, qarşısına qoyulan vəzifənin öhdəsindən gəlmiş əksər məşqçilər sezonun axırına yaxın bir qədər «boşalır», ekspermentlər aparmağa başlayır, gəncləri yada salır, əsasən ehtiyatda qalanlara meydanı tanıdır.

Murad Musayev də belə edə bilər və əgər eləsə, bir nəfər gözünü bərəltməz. Adi haldır da.

Bədəbəddə məşqçi söyləyər ki, komanda tapşırığı yerinə yetirib, indi də cavanlara, oyun praktikası az olanlara şans tanıyıram.

Musayev bu prinsiplə razılaşmır və Konfrans Liqasına gedəcək heyəti tonusda saxlamağın yolunu istirahətdə deyil, yaşıl sahədə tər axıtmağa davam etməkdə görür.

«Zirə» ilə qarşılaşmanın «Sabah» üçün bir mənası yox idi, ancaq rusiyalı çalışdırıcı çempionat ərzində xidmətindən bəhrələndiyi optimal «onbirlik»dən imtina eləməməklə, yeni nümunə, fərqli yanaşma ortaya qoydu.

Açığı, maraqlı təcrübədir..

MUSA

Digər Xəbərlər
Xəbər Lenti