Argentinada oynayan: "Sabah" yüksək yerlərdə olmağa layiq komandadır"

23 May 03:00 Sabah 505
Argentinada oynayan: "Sabah" yüksək yerlərdə olmağa layiq komandadır"

Sportinfo.az xəbər verir ki, "Sabah"ın keçmiş hücumçusu forvardı Xulio Rodriqes sportal.az-a açıqlama verib.

Hazırda Argentinanın "Gilyerme Broun" klubunun formasını geyinən forvard Masazır təmsilçisinin avrokuboklara vəsiqə qazanmasını şərh edib.

Rodriqes "Sabah"ın avrokuboklarda uğurlu çıxış edə biləcəyinə inandığını dilə gətirib:

"Sabah"ın uğurlu nəticələrinə çox sevinirəm. Onlar artıq avrokuboklara da vəsiqəni təmin etdilər. Bu da çox sevindirici məqamdir.

"Sabah" yüksək yerlərdə olmağa layiq komandadır. Yayda ilk dəfə avrokuboklarda mübarizə aparacaqlar. İnanıram ki, onlar uğurlu nəticə qazanacaqlar”.

32 yaşlı forvard Azərbaycanda "Sabah"dan savayı "Zirə"də də oynayıb.

Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər