“Sabah” – “Beşiktaş” matçının oyun formaları və atributları satışa çıxarıldı!

20 May 2023 00:30 Sabah 913
“Sabah” – “Beşiktaş” matçının oyun formaları və atributları satışa çıxarıldı!

“Sabah” və “Beşiktaş” bir müddət öncə keçirdikləri xeyriyyə matçının oyun formalarını və bu qarşılaşma üçün hazırlanmış xüsusi şərflərin onlayn satışına başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytında məlumat verilib.

Azarkeşlər “Sabah”ın (https://sabahfc.az/product/sabah-besiktas-xatir%c9%99-s%c9%99rfi/) və “Beşiktaş”ın (https://acikartirma.kartalyuvasi.com.tr/) rəsmi saytına daxil olaraq, xeyriyyə matçı üçün hazırlanmış forma və şərfləri satın ala bilərlər.

Bu satışlardan da əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə ianə ediləcək.

Mayın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü