
"Sabah” gənc qapıçısı Rüstəm Samiqullin üçün Premyer Liqada 34-cü turunda “Sumqayıt”a qarşı oyun əlamətdar olub.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiper Premyer Liqada ilk oyununu keçirib.
Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
“Kapital Bank Arena”da keçirilən görüş "Sabah" 4:0 hesablı qələbə qazanıb