Azərbaycandakı milyonluq oyunçu ilə bağlı ƏN SON XƏBƏR

18 May 2023 20:00 Sabah 3 543
Azərbaycandakı milyonluq oyunçu ilə bağlı ƏN SON XƏBƏR

Premyer Liqamızın istedadlı futbolçularından olan Aleksey Kaşuk Azərbaycanda son günlərini yaşayır.

Çempionat qurtaran kimi ukraynalı vinger “Sabah” karyerasını başa vuracaq.

İş burasındadır ki, müqavilə ilə “Şaxtyor”a (Donetsk) məxsus olan 22 yaşlı futbolçunun “tələbələr”lə icarə müqaviləsi iyunda başa çatır. Bu isə o deməkdir ki, gələn aydan etibarən avtomatik “Şaxtyor”un üzvünə çevriləcək.

Kaşuk heyətinə qatmaq istəyən klublar növbəyə düzülüb. Artıq xeyli vaxtdır Niderland, Polşa və Türkiyə klubları Alekseyin çıxışını diqqətdə saxlayır.

Hətta onunla bağlı “Şaxtyor”a müraciət edənlər də olub. Təbii ki, siyahının başında “Sabah” dayanır.

Bakı klubunun rəhbərliyi ukraynalı üçün kifayət qədər yaxşı təklif irəli sürüb. Deyilənə görə, klubdakı əsas söz sahibləri birdəfəlik keçid üçün 1 milyon manat (600 min dollar) ödəməyə hazırdır.

Di gəl, digər klubların şərtləri və Kaşukun seçimi “Sabah”a ümidlənmək imkanı vermir.

Odur ki, yayda Kaşukun fantastik qiymətə satıldığını eşitsəz, ya da adlı-sanlı klublardan birinə icarəyə verildiyini eşitsəz, təəccüblənməyin.

Aleksey Kaşuk cari mövsümdə “Sabah”ın heyətində Premyer Liqada meydana çıxdığı 28 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti