“Portu”nun keçmiş ulduzu Azərbaycandan gedir

17 May 2023 11:20 Sabah 4 125
“Portu”nun keçmiş ulduzu Azərbaycandan gedir

Ötən ilin iyulunda “Sabah”la müqavilə bağlayan Abdulaye Ba bu yay Azərbaycandan ayrılacaq.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan Masazır klubunun baş məşqçisi Murad Musayev seneqallı müdafiəçi ilə 1+1 illik anlaşmanın ikinci hissəsinin qüvvəyə minməsinə həvəs göstərmir.

Buna səbəb afrikalı legionerin qeyri-sabit mövsüm keçirməsi, tez-tez zədələnməsi, nəticədə əsas heyətdə yerini itirməsidir.

Mərkəz müdafiəçisi karyerası ərzində Portuqaliyanın “Portu” (2012 - 2014), “Sportinq” (Kovilya, 2010/2011), “Akademika” (2011/2012), “Gimaraynş” (2013/2014), “Moreyrense” (2020 - 2022), “Aroka” (2021/2022), İspaniyanın “Rayo Valyekano” (2014/2015, 2017 - 2019), “Deportivo” (2019/2020), Türkiyənin “Fənərbağça” (2015/2016), “Alanyaspor” (2016/2017), Almaniyanın “Münhen 1860” (2016/2017) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/2021) klublarında çıxış edib.

32 yaşlı oyunçu Seneqal millisinin heyətində 6 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”