
"Sabah" yarımmüdafiəçisi Kristian Sebalyos Sportinfo.az-a açıqlama verib.
İspaniyalı legioner "Sabah" - "Beşiktaş" arasında baş tutan yoldaşlıq görüşü (3:3) haqqında danışıb:
"Bu, xeyriyyə xarakterli matç idi. Klubun bu təşəbbüsü, məncə, alqışalayiqdir.
Fikrimcə, azarkeşlər bu gün baxımlı oyunun şahidi oldular. Stadionda, tribunalarda əsl futbol ab-havasının, möhtəşəm atmosferin şahidi olduq.
Azərbaycan çempionatında da eyni mənzərənin şahidi olmaq istərdim. “Beşiktaş”la matçda şahidi olduğum mənzərə mənə Avropada – İngiltərədə, Belçikada və Portuqaliyada oynadığım dövrləri xatırlatdı.
Orada demək olar, hər qarşılaşmada oxşar marağın şahidi olmaq mümkündür. Bu cür yüksək səviyyəli komandalarla başa-baş oynaya biləcəyimizi görmək çox xoşdur.
Düzdür, bu sadəcə yoldaşlıq oyunu idi. Lakin fikrimcə, bu matç bizim üçün yaxşı sınaq oldu".
XANOĞLAN