“Sizi sevirik” - “Sabah” – “Beşiktaş” oyunu Türkiyənin gündəmində

16 May 2023 20:40 Sabah 792
“Sizi sevirik” - “Sabah” – “Beşiktaş” oyunu Türkiyənin gündəmində

“Beşiktaş”ın “Sabah”la yoldaşlıq görüşü üçün Bakıya səfəri “Qalatasaray”ın gəlişi qədər ajiotaja səbəb olmasa da, səs-küysüz ötüşmədi.

Yüzminlərin izlədiyi qarşılaşma bol qol epizodlu və bol qollu olunca, azarkeşlərin üzü güldü.

Fevralda Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən oyun yaddaşlarda dərin iz buraxdı.

Xüsusən də iki qardaş ölkə arasında futbol bağlarının möhkəmlənməsi və gələcəkdə münasibətlərin dərinləşməsi baxımından.

“Beşiktaş”ın Bakıya səfər etməsi təkcə azərbaycanlı futbolsevərlərin deyil, türkiyəli azarkeşlərin də sevincinə səbəb olub.

Türk fanatların sosial şəbəkələrdə yazdığı şərhlər diqqətimizi çəkdi:

“Canımız fəda olsun Azərbaycana”.

“Dostluq birlik, bərabərlikdir. Salam olsun Azərbaycanımıza”.

“Qardaş ölkəmiz Azərbaycandakı dostluq görüşündə gözəl görüntülər izlədik. Belə matçlarda hesab ikinci planda qalır. Hər iki komandanı təbrik edirəm”.

“Nə qədər gözəldir iki qardaşın görüşü. Onlar bizim canımız, ciyərimizdir. Damarımızda eyni qanı daşıyırıq”.

“Hər zaman hər yerdə deyirəm, ömrüm yetənə qədər də deyəcəm. Türkiyənin can qardaşları Azərbaycan və Pakistandır”.

“Qardaşlıqla bağladı, qardaşlıqla bitdi. Əziyyəti keçən hər kəsə təşəkkür düşür. Can Azərbaycan!”

“Nə xoşbəxt Türkiyəyə ki, Azərbaycan kimi qardaşı var. Yaşasın qardaşlıq!”

“Azəri qardaşlarımıza oyunlar da, xallar da fəda olsun. Hər zaman yanımızdadırlar. Sizi sevirik. Cansınız”.

“Qarabağ”dan sonra “Sabah” da zəlzələdən əziyyət çəkənlərə dəstək göstərdi. Bu, Azərbaycanın Türkiyəyə göstərdiyi qardaşlıq nümunəsidir”.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qardaşlıq oyunu 3:3 hesabı ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti